İstənilən layihə başlaması üçün ilk nüans sifarişçinin dəqiq istəyini anlamaqdır. Bu səbəbdən, sizin sorğunuzu ilk öncə detallı şəkildə görüşdə və daha sonrasında email üzərindən alıram. Daha sonrasında yaşadığınız neqativ və pozitiv keyslər haqqında sizdən rəy alıram və buna əsasən ümumi təklif planının təməli qoyulur.
01
Planlama prosesim:
Bu prosesdə mən sizin "Buyer Persona"-nızı, rəqiblərinizi araşdırıram və ideyalar, həll yolları, ROI hesablamaları edirəm. Bu zaman sizdən bəzi suallar da soruşa bilərəm.
02
Təqdim edirəm:
Ən sevdiyim bu mərhələdə sizinlə artıq planın təsdiqi olur və birlikdə brendin inkişafı üçün sıx işləməyə başlayırıq, doğru iş bölgüsü edirik, mövcud planı müzakirə edib, lazımi düzəlişləri edirik sizinlə və iş prosesinə başlayırıq.
03
QEYD
Şirkət və şəxslərlə müqavilə əsasında, 50% ilkin ödəniş, 50% isə aylıq hesabatları göndərdikdən sonra, ödənişi alıram.